Yeni il

Yeni İl Bayramı atributları
Şaxta baba

Yeni il və ya Təzə il bayramı — yeni təqvim ilinin başladığı vaxt və ya gündür. Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bir çox mədəniyyətlər hadisəni hansısa şəkildə qeyd edirlər. Bu gün ən çox istifadə edilən təqvim sistemi olan Qriqorian təqvimində Yeni il yanvarın 1-də (Yeni il günü, yeni il ərəfəsindən sonra) baş verir. Bu həm də orijinal Yuli təqvimindəQədim Roma təqvimində (e.ə. 153-cü ildən sonra) ilin ilk günü idi. Yəhudilərdə Roş-Ha-Şana və islamda Hicri yeni il qeyd edilir.

Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir[1].

  1. "Yeni il tarixi haradan başlayır". 2006-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-12-15.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search